Bank Of Baku

Amerikadakı azərbaycanlı icması Metyu Brayzanın səfir təyin olunmasına qarşı çıxan senatorlara məktub göndərib

Amerikadakı azərbaycanlı icması Metyu Brayzanın səfir təyin olunmasına qarşı çıxan senatorlara məktub göndərib
# 28 sentyabr 2010 08:25 (UTC +04:00)
APA-nın Vaşinqton bürosunun məlumatına görə, məktub müəllifləri bildiriblər ki, “prezident Obama tərəfindən ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Metyu Brayzanın bu vəzifəyə təsdiqinin sizin etirazlarınıza görə təxirə salınması ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvlərini məyus edib”.

Məktubda Azərbaycan diasporunun senatorun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları ilə bağlı verdiyi son bəyanatlardan narazılığı ifadə olunur.

“Bu bəyanatlar həm Amerikanın azərbaycanlı icmasını təhqir edir, həm də ABŞ hökumətinin rəsmi mövqeyini pozur. Ümidvarıq ki, siz terrorçuluqda ittiham olunan Murad Topalyanın keçmişdə rəhbərlik etdiyi Amerika Erməni Milli Komitəsi (ANCA) kimi qruplara baş əymirsiniz”.

Müəlliflər xatırladırlar ki, prezident Obamanın Azərbaycana səfir təyin etdiyi təcrübəli və peşəkar diplomat Brayza uzun illər həm Azərbaycan, həm də Ermənistanın tənqidlərinə tuş gəlib: Tərəflərdən heç biri onu öz adamı hesab etmir, hamı bilir ki, o ədalətli namizəddir”.

Bokserin “Azərbaycanın Dağlıq Qarabağa qarşı artan təcavüzü” barədə Senatda verdiyi yalan bəyanat da diasporu narahat edib. Azərbaycanlılar senatora xatırladırlar ki, “Dağlıq Qarabağ” müstəqil dövlət deyil, Azərbaycanın ayrılmaz bölgəsidir və bu bölgə bir neçə ətraf bölgə ilə birlikdə erməni hərbi birləşmələri tərəfindən iyirmi ilə yaxındır ki, qanunsuz işğal altında saxlanılır.

“Biz sizin seçicilərinizə xidmətlərinizi qiymətləndirir və Amerikanın azərbaycanlı icmasına cavabınızı təqdir edirik, amma arzu edərdik ki, gələcəkdə bəyanatlarınızı daha dərindən düşünüb verəsiniz, Azərbaycan haqqında və Azərbaycanla ABŞ arasında müttəfiqlik əlaqələri haqqında məlumatlarınızı tamamlayasınız”.

Azərbaycan diasporu Koloradodan olan Senator Maykl Bennetə (Michael Bennett) də eyni məzmunlu məktub göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR