Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Qafqazda təhlükəsizlik: Avropanın astanasında münaqişə, enerji və imkan” adlı müzakirələr keçirilib
Tədbirdə Avropa Birliyinin (AB) Qafqaz strategiyasının aydınlaşmasına ehtiyac olduğu və Türkiyənin rolunun potensial vacibliyi vurğulanıb.
Müzakirələrə sədrlik edən Xarici Siyasət Mərkəzinin direktoru Adam Hug (Adam Hug) bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda başlanan münaqişələr inkişafa mane olur və onlara son qoymaq vacibdir. Avropa Federalistləri İttifaqının prezidenti və Avropa Parlamentinin liberal demokrat üzvü Endryu Daff (Andrew Duff) isə deyib ki, Avropa Rusiyanın və Türkiyənin regionda fəallığına laqeyddir. Duff ümid edir ki, Avropa Komissiyası sədrinin birinci müavini Baronessa Ketrin Eşton (Catherine Ashton) AB-nin 27 üzv dövlətinin, ABŞ və NATO-nun mövqelərini birləşdirən dəqiq strategiya hazırlaya biləcək. O, Türkiyənin AB-yə üzvlüyünü bir daha dəstəklədiyini bildirib və Rusiya ilə danışıqlara başlamağı vacib sayıb.
Xarici və Birlik İşləri Nazirliyinin Lordlar Palatasındakı nümayəndəsi Lord Uilyam Uolis (William Wallace) isə bildirib ki, Qafqazın problemi onun Avropa gündəliyində sonuncu yerlərdən birini tutması ilə bağlıdır. Çox az sayda siyasətçi regionda baş verənlərdən xəbərdardır. Lord Uolisin fikrincə, Ermənistan diasporun dəstəyinə arxalanır, Ermənistanın Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal altında saxlaması isə Türkiyənin gələcəyinə təsir edir. O, Rusiya ilə dialoqa ehtiyac olduğunu vurğulayıb və bildirib ki, AB regionun inkişafına uzunmüddətli maraq göstərməlidir.
Avropa Parlamentinin keçmiş üzvü, Baronessa Emma Nikolson (Emma Nicholson) isə Türkiyənin AB-yə üzvlüyünü sabitləşdirici amil kimi dəstəklədiyini bildirib. Onun fikrincə, AB “daha geniş Avropa” konsepsiyasını nəzərə almalıdır. O, diqqəti Qazaxıstan və Azərbaycanın enerji ehtiyatlarına çəkərək, Qafqazı AB üçün vacib bölgə kimi dəyərləndirib. Baronessa Nikolson bəyan edib ki, Şərq Tərəfdaşlığı ideyasına həyat verilməlidir, bu, azad ticarət baxımından Kopenhagen Kriteriyasının elementlərini birləşdirir.
Müzakirələrdə sonuncu “Qafqaz Proqramı, Barışıq İmkanları” layihəsinin meneceri Doktor Lorens Broers (Laurence Broers) çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib və bildirib ki, vəziyyət çıxılmaz nöqtəyə yaxınlaşıb, AB bu məsələ ilə kifayət qədər yaxından məşğul olmur, ATƏT-in Minsk Qrupunun isə problemi həll etməyə gücü çatmır. Onun fikrincə, dialoq kulminasiya nöqtəsinə yaxınlaşıb, ya “Madrid prinsipləri” uğurlu olmalı, ya da yeni plan qəbul edilməlidir.
Broers hesab edir ki, Qafqaz regional oyunçular arasında “sıfır” nəticəli oyun qədər kiçildilməməlidir: “Münaqişələrdən heç biri dini və ya tayfa münaqişəsi hesab oluna bilməz”. Onun fikrincə mövqelər aydın olmalı, AB regionda normal ədalətli proseslərə nail olmaq üçün diqqətini uzun müddətə bura yönəltməlidir. Broers həm də erməni diasporunun problematik fəaliyyətinə və AB-yə üzv olmaq istəyən Türkiyənin artan roluna toxunub.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb