Bank Of Baku

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Azərbaycanda ilk tədbirini keçirəcək

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Azərbaycanda ilk tədbirini keçirəcək
# 29 sentyabr 2010 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu sabah Səttar Bəhlulzadə adına mərkəzi sərgi salonunda Azərbaycanda ilk tədbirini keçirəcək. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qarabağ Fondu gənc rəssam Həlimə Əsgərovanın “Mənim Şuşam” adlı rəsm sərgisini Bakıda və ABŞ-ın Vaşinqton şəhərində nümayiş etdirməyi planlaşdırır. Bakıda keçiriləcək sərgiyə dövlət, ictimai, incəsənət və mədəniyyət xadimləri, ölkəmizdəki xarici səfirliklərin diplomatları və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri dəvət olunublar. Bu silsilədən olan ikinci sərgi isə 2011-ci ilin noyabrda Vaşinqton şəhərində keçiriləcək.

Hal-hazırda “Qarabağ” Fondu Vaşinqton şəhər meriyasına 2011-ci ilin mart ayının Azərbaycan Mədəniyyəti Ayı elan olunması üçün müraciət edib və bununla bağlı danışıqlar davam etdirilir. Oktyabr ayında fond Qarabağ bölgəsinin mətbəxinə dair kulinariya kitabının çapını və təqdimatını planlaşdırır.

Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR