Bank Of Baku

Humbolt Universitetində Azərbaycan tarixi tədris ediləcək

Humbolt Universitetində Azərbaycan tarixi tədris ediləcək
# 01 oktyabr 2010 10:39 (UTC +04:00)
3000 mindən çox avropalı tarixçi və alimin iştirak etdiyi konfrans işini oktyabrın 1-də yekunlaşdıracaq. Tədbirin Berlin Konqres Mərkəzində keçirilən açılışı mərasiminə Almaniya kansleri Angela Merkel də qatılaraq çıxış edib. Tədbirdə çıxış edən Berlin Mədəniyyət üzrə dövlət katibi Andre Şmitz isə Berlini “Sənətkarların və alimlərin Məkkəsi” adlandırıb.

Konfransda Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, tədqiqatçı Nuridə Atəşi də iştirak edir. Konfrans çərçivəsində məşhur Humbolt Universitetinin prezidenti, professor Kristof Markşislə görüşən N. Atəşi Humbolt Universitetində Azərbaycan tarixinin tədrisinə dəstək göstərdiyi üçün ona təşəkkür edib.

Qeyd edək ki, növbəti 5 il ərzində Humbolt Universitetində Azərbaycan tarixi tədris ediləcək. Bu məqsədlə Azərbaycan tarixi üzrə “Xüsusi qonaq professor” vəzifəsi təyin edilib.

N. Atəşi bu müddət ərzində Humbolt Universitetində Azərbaycan tarixinə və mədəniyyətinə layiqli töhfələr verə biləcək tədqiqat sahəsinin yaradılmasını arzu edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR