Bank Of Baku

Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilib

Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilib
# 04 oktyabr 2010 08:49 (UTC +04:00)
APA-nin Vaşinqton müxbirinin məlumatına görə, 8-ci festivala toplaşan 15 minə yaxın insan türk və Azərbaycan rəqsləri, musiqisi, mətbəxi, şirniyyatı, sənət nümunələri, turizm sərgiləri və ənənəvi türk qəhvəsindən ləzzət alıblar.

Festival, həm də dünyada ən uzun şiş-kababı hazırlamaqla Ginnesin rekordlar kitabına düşmək cəhdi ilə yadda qalıb. Türk aşpaz Murat Aksu 6 metr uzunluğunda şiş kabab hazırlayıb.

Türkiyənin Vaşinqtondakı səfirliyindən APA-ya bildiriblər ki, festivala 80 min dollardan çox vəsait xərclənib.

Festival Vaşinqtonun mərkəzində guşələrdən birində, Ağ Evdən iki məhəllə aralıda keçirilib.

Qonaqlar arasında uyğur, özbək və digər xalqların təmsilçiləri də olub. Onlar festival çərçivəsində Azərbaycan mədəniyyəti və mətbəxi ilə də tanış olublar.

Azərbaycanlı rəqqaslar İkram Cəlil, Fərganə Kələntərli və “Kardələn” türk rəqs ansamblı tamaşaçılara milli Azərbaycan rəqslərini təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR