Bank Of Baku

Kölndə beynəlxalq nağıl festivalı keçirilib - FOTO

Kölndə beynəlxalq nağıl festivalı keçirilib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 08:25 (UTC +04:00)
Bakı-APA. Hər il sentyabrın 20-dən oktyabrın 3-dək Almaniyanın Şimali-Rayn-Vestfalen əyalətinin Köln şəhərində Mədəniyyətlərarası Həftə (Interkulturelle Woche) keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu çərçivədə təşkil olunan tədbirlərdən biri də dünya ölkələrinin nağılları festivalıdır. İkigülük festivalda 20 ölkədən nağıllar təqdim edilib, müxtəlif xalaqların musiqilərindən nümunələr səsləndirilib. Köln Şəhər Bələdiyyəsinin təşkil etdiyi və İGNİS Mədəniyyət Ərkəzində keçirilən festivalda beş qitənin mədəniyyəti təmsil olunub və Azərbaycan nağılı da dinləyicilərin diqqətinə çatdırılıb. Tədbirdə Azərbaycanla yanaşı Bolqarıstan, Böyük Britaniya, Finlyandiya, İtaliya, Yaponiya, Kanada, Kolumbiya, Meksika, Qvineya, Kamerun, Çexiya, Litva, Ukraina və digər ölkələrdən olan uşaq və eyni zamanda böyüklər üçün də nəsihətlə dolu nağıllar səsləndirilib. Tədbirdə ilk olaraq Azərbaycan nağılı “Tıq-tıq xanım” qonaqlara təqdim olunub. Aparıcı Florian Sever Azərbaycan haqqında qəsa məlumat verib, sonra iki dildə -Azərbaycan və alman dillərində nağıl oxunub. “Tıq-tıq xanım” nağılını alman dilində aktrisa Kristina-Mariya Qreve böyük ustalıqla oxuyub. Sonra Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının dosenti, pianoçu Elnarə İsmayılova Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun miniatürlərini ifa edib. Azərbaycan nağılı gecəsinin təşkilində Köln Şəhər Bələdiyyəsinə Alman-Azərbaycan Forumu və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi də dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR