Bank Of Baku

Bir qrup azərbaycanlı ziyalı Tiflis Biznes Universitetinin fəxri doktoru seçilib - FOTO

Bir qrup azərbaycanlı ziyalı Tiflis Biznes Universitetinin fəxri doktoru seçilib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 11:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki Biznes Hüquq Universitetində yeni tədris ili ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, universitetin rektoru, professor Kaxa Eradze bildirib ki, universitetdə 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır: “İstəyimiz odur ki, bizim universitetdə təhsil alan azərbaycanlı tələbələr gürcü cəmiyyətinə inteqrasiya olunmaqla bərabər, həm də bilikli və savadlı mütəxəssis kimi cəmiyyətin layiqli üzvü olsunlar. Universitetimizin müxtəlif ölkələrlə yanaşı, ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx elmi əlaqələri mövcuddur. Arzum budur ki, yetişdirdiyimiz tələbələrin sorağı yüksək tribunalardan gəlsin və onlar doktor, professor və ən yaxşı mütəxəssis kimi səmərəli elmi fəaliyyət göstərsinlər, Gürcüstanın hökumət və digər strukturlarında ləyaqətlə azərbaycanlıları təmsil etsinlər”.

Tədbirdə bir qrup azərbaycanlı ziyalı gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə təhsil ocağının fəxri doktoru diplomu ilə təltif edilib. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəsmisi Arif Əliyev, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Qafqaz İnkişaf Bankının əməkdaşı Ravil Qarayev və digər şəxslərə təntənəli şəraitdə fəxri doktor diplomu təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR