Bank Of Baku

İslam İnkişaf Bankı Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcək – FOTO

İslam İnkişaf Bankı Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcək – <font color=red>FOTO </font>
# 09 oktyabr 2010 13:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gələn ildən başlayaraq İslam İnkişaf Bankı (İİB) Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndələri deyiblər.

Marneuliyə səfər edən İslam İnkişaf Bankının Təqaüdlər Departamentinin rəhbəri Məlik Şah bin Yusif və həmin bankın rəsmisi Səid-üz-Zəfər Azərbaycanlıların Mədəniyyət Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüblər. Məlik Şah bin Yusif bildirib ki, İslam İnkişaf Bankı 1973-cü ildə Səudiyyə Ərəbistanında yaradılıb və hazırda 57 ölkə bu bankın üzvüdür: “Onlardan biri də Azərbaycandır. Biz keçən il Azərbaycanda toplantı keçirdik. Bankımızın məqsədi müsəlmanların ehtiyaclarını öyrənmək, xüsusən onların təhsil sahəsindəki problemlərinin həllinə yardım etməkdir. Gürcüstan bankımızın üzvü deyil, amma burada müsəlmanlar kompakt halda yaşayırlar”.

Qonaq Gürcüstanda hökumət strukturları, eyni zamanda Kvemo-Kartli bölgə qubernatoru ilə görüşüb azərbaycanlıların problemləri ilə maraqlandıqlarını söyləyib: “Məqsədimiz ali məktəblərin bakalavr pilləsində təhsil alan imkansız tələbələrə yardım etməkdir. Biz gələn ildən Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə yardım edəcəyik. Belə layihələrimiz çox olacaq. Amma bu gün səfərimiz tanışlıq xarakteri daşıyır”.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR