Bank Of Baku

“Azərbaycanca-gürcücə” lüğət kitabının ikinci cildi çapdan çıxıb - FOTO

“Azərbaycanca-gürcücə” lüğət kitabının ikinci cildi çapdan çıxıb - <font color=red>FOTO</font>
# 11 oktyabr 2010 09:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Azərbaycanca-gürcücə” lüğət kitabının ikinci cildi çapdan çıxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sözlük iki min tirajla buraxılıb. 454 səhifədən ibarət sözlüyün müəllifləri Gürcüstan azərbaycanlıları arasında gürcü dilini yayan cəmiyyətin sədri, professor Alı Musayev və Heydər Əliyev adına Tədris Universitetinin rektoru, professor Novruz Bayramovdur.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan 12 min sözdən ibarət sözlük gürcü dilini öyrənən tələbələrə və şagirdlərə pulsuz paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR