Bank Of Baku

Berlində Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirilib

Berlində Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirilib
# 12 oktyabr 2010 14:25 (UTC +04:00)
Bakı-APA. Berlində fəaliyyət göstərən “Azərbaycan Kültür Ocağı”nda dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri “Azərbaycan Kültür Ocağı” və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) birgə təşkil edib. Gecəni “Azərbaycan Kültür Ocağı”nın sədri Hakan Ciflik açaraq bu tədbirin Azərbaycan mədəniyyətinin ən önəmli səhifələrindən birinə həsr olunduğunu bildirib. Sonra “Azərbaycan Kültür Ocağı”nın üzvü Reyhan Qasımova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova “Üzeyir dünyası” mövzusunda çıxış edib. Tədbirdə, həmçinin “Azərbaycan Kültür Ocağı”nın üzvü Mənsur Merqatinin hazırladığı Üzeyir Hacıbəylinin həyatının müxtəlif mərhələlərini əks etdirən və onun əsərlərindən ibarət fraqmentlər əsasında qurulmuş qısa film təqdim olunub. Gecədə Almaniyada yaşayan tarzən Cavad Mirzəyevin ifasında Azərbaycan musiqisindən parçalar da səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR