Bank Of Baku

Vaşinqtonda “Mənim Qarabağım” adlı foto-sərgi keçiriləcək

Vaşinqtonda “Mənim Qarabağım” adlı foto-sərgi keçiriləcək
# 15 oktyabr 2010 14:05 (UTC +04:00)
Bakı-APA. ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu Vaşinqton şəhərində növbəti tədbirini keçirəcək. Fonddan APA-ya verilən məlumata görə, 17-18 oktyabr tarixlərində Vaşinqton şəhərinin ən nüfuzlu sərgi salonu sayılan “Gallery Center”də “Mənim Qarabağım” adlı foto-sərgi baş tutacaq. Sərgidə Qarabağın işğalından öncə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 100-ə yaxın fotoşəkillər sərgilənəcək. Daha sonra eyni sərgi digər mötəbər sərgi salonu sayılan “Honfleur Galleri”də oktyabr ayının 30-a kimi keçirəcək. Bu sərgilərə Vaşinqtonun tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçilər, Azərbaycan və Türk icmasının nümayəndələri dəvət olunublar.
Qeyd olunub ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitab nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR