Bank Of Baku

“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın I qurultayı keçiriləcək

“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın I qurultayı keçiriləcək
# 18 oktyabr 2010 12:13 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 29-da Almatı şəhərində “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın birinci qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayda assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcək.
Qeyd olunub ki, assosiasiya Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının (QXA) üzvüdür. Qurultaya Qazaxıstanın dövlət, hökumət strukturlarının nümayəndələri, millət vəkilləri ilə yanaşı, QXA-na üzv olan müxtəlif xalqların etno-mədəni təşkilatlarının təmsilçiləri, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistanın Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunublar. Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR