Bank Of Baku

Vaşinqtonda “Mənim Qarabağım” adlı foto-sərgi keçirilib

Vaşinqtonda “Mənim Qarabağım” adlı foto-sərgi keçirilib
# 18 oktyabr 2010 12:21 (UTC +04:00)
Bakı-APA. ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu Vaşinqtonun ən nüfuzlu sərgi salonu sayılan “Gallery Center”də “Mənim Qarabağım” adlı foto-sərgi keçirib. Fonddan APA-ya verilən məlumata görə, sərgidə Qarabağın qədim memarlığını, təbiətini və tanınmış şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən 100-ə yaxın fotoşəkil nümayiş etdirilib. Sərgidə Vaşinqtonun tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçiləri və yerli mətbuat nümayəndələri iştirak edib.
Eyni sərgi digər mötəbər qalereya sayılan “Honfleur Gallery”də oktyabrın 30-a kimi keçirəcək.

Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR