Bank Of Baku

Azərbaycan nümayəndə heyəti İstanbulda keçiriləcək Dünya Türk Forumunda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti İstanbulda keçiriləcək Dünya Türk Forumunda iştirak edəcək
# 18 oktyabr 2010 14:28 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İstanbulda keçiriləcək Dünya Türk Forumuna qatılacaq. Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə oktyabrın 20-22-də İstanbulda “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu keçiriləcək. Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edəcəklər. Tədbirə DİDK-nin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılacaq. Açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, TASAM sədri Süleyman ŞENSOY, DİDK-nin sədri Nazim İbrahimov, Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyə prezidentinin aparatının baş katibi Mustafa İsen, nazirlər və millət vəkilləri çıxış edəcəklər. Forum çərçivəsində “Qlobal və regional problemlərin türk dünyasına təsiri”, “Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər”, “Türk mədəniyyəti” və digər mövzularda seminarlar da keçiriləcək. Forum 3 gun davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR