Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlılarla NATO nümayəndələrinin görüşü keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılarla NATO nümayəndələrinin görüşü keçirilib
# 20 oktyabr 2010 08:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Oktyabrın 19-da Tiflis Dövlət Texniki Universitetində “NATO günləri” həftəsi çərçivəsində azərbaycanlı tələbələrin iştirakı ilə seminar keçirilib. Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Samirə İsmayılova APA-ya bildirib ki, seminarı NATO-nun rəsmi nümayəndəsi xanım Despina Afentuli aparıb. Sonra Gürcüstan təhsil və elm nazirinin birinci müavini Koka Seperteladze, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov çıxış edərək NATO-nun funksiyası və fəaliyyəti barədə tələbələrə məlumat veriblər.

Analoji görüş Marneuli rayonunun Sadaxlı kənd 2 saylı orta məktəbində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR