Bank Of Baku

Gürcüstanda Faxralı kənd məscidinin yarımçıq qalmış tikintisinin davam etdirilməsinə icazə verilib

Gürcüstanda Faxralı kənd məscidinin yarımçıq qalmış tikintisinin davam etdirilməsinə icazə verilib
# 20 oktyabr 2010 10:26 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Faxralı kənd sakini, axund Adil Nəbiyev məlumat verib. Onun sözlərinə görə, 1905-ci ildən tikilən və bir əsrdən çox yaşı olan Faxralı kənd məscidinin yarımçıq qalmış bərpasına Gürcüstan patriarxlığı rəsmi şəkildə icazə verib. “Biz Faxralı məscidinin bərpasına icazə almaq üçün Gürcüstan katalikosu patriarx II İlyaya yazılı şəkildə ərizə ilə müraciət etdik və nəticədə bu günlərdə şad xəbər almışıq. Patiarxlıq bizim müraciətimizə müsbət cavab verib. Artıq məscidin bərpasının davam etdirilməsinə heç bir əngəl yoxdur. Biz sabah kənd camaatının gücü ilə yarımçıq qalmış tikintini davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR