ABŞ-dakı Azərbaycan diasporu “Müharibə və sülh şəraitində yaşayan insanların əhvalatı” filminə etiraz olaraq PBS telekanalına məktub göndərib
“Azərbaycan-Amerika ictimaiyyətinin nümayəndələri və vergi ödəyiciləri olaraq “Müharibə və sülh şəraitində yaşayan insanların əhvalatı” adlı Ermənistanın istehsal etdiyi sənədli filmin oktyabrın 24-də PBS telekanalında yayımlanacağından hədsiz dərəcədə narahatıq. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, Vardan Hovanisyanın müəllifi olduğu bu sənədli film PBS tamaşaçılarına mübahisəli tarixi təhrif olunmuş şəkildə çatdıracaq.
Bu sənədli film ağrılı Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş məlumat verərək onu Qarabağda ermənilərin Azərbaycana qarşı azadlıq mübarizəsi kimi təqdim edir.
Filmdə 1991-1994-cü illərdə baş vermiş hadisələr barədə, erməni qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu işğal etməsi, 800 000 çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, 30 min nəfərin öldürülməsi barədə məlumat verilmir. 1994-cü ildə atəşkəs elan olunandan bəri erməni qoşunları Azərbaycanın beynəlxalq səviyyədə (həmçinin ABŞ tərəfindən) tanınan ərazisinin 16 faizindən çoxunu işğal altında saxlayır, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvalarına qayıda bilmir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən bəri qəbul etdiyi dörd qətnamə (822, 853, 874, 884 saylı qətnamələr) və Baş Məclisin bir neçə qətnaməsi erməni işğalını pisləyib və erməni qoşunlarının dərhal Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmasını, qaçqınlara öz yurd-yuvalarına qayıtmaq üçün şərait yaradılmasını və münaqişənin sülh yolu ilə həllini tələb edib. Amma zəhlə tökən etnik üstünlük və dözümsüzlük fikirləri, “Böyük Ermənistan” haqqında irredentist ideyaları, tarixi revizionizm və Azərbaycanın irsinə qarşı soyqırım niyyəti ilə hərəkət edən Ermənistan Respublikası və onun işğal etdiyi Qarabağdakı “azadlıq döyüşçüləri” beynəlxalq tələblərə hələ də məhəl qoymurlar.
PBS ictimai əsaslarla yaradılmış və vergi ödəyənlərin ödəmələrinə arxalanan bir xidmətdir. Biz sizin sağlam düşüncənizə müraciət edərək, bu sənədli filmi yayımlamamağa çağırırıq. Biz informasiya azadlığına fundamental konstitusiya hüququ kimi hörmət edirik, amma bu filmin yayımı çox pis xidmət olardı və PBS tamaşaçılarının intellektini məhdud maraqları olan bir qrupun xeyrinə təhqir etmiş olar. Bu yayım münaqişədə həlak olan 30 000-dən çox azərbaycanlı və erməninin xatirəsinə hörmətsizlik olar və evinə qayıda bilməyən və bir çoxunun hələ də qaçqın düşərgələrində əziyyət çəkdiyi yüz minlərlə azərbaycanlı məcburi köçkünü təhqir etmiş olar”.
Xəbər Lenti
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB