Bank Of Baku

Gürcüstanın kənd təsərrüfatı naziri Marneuliyə səfər edib – FOTO

Gürcüstanın kənd təsərrüfatı naziri Marneuliyə səfər edib – <font color=red>FOTO </font>
# 27 oktyabr 2010 10:43 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində kənd təsərrüfatı mütəxəssisləri, ictimaiyyət nümayəndələri və icarədarlarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatının inkişafı proqramının layihəsi çərçivəsində qarğıdalı bitkisinin becərilməsinə aid layihənin təqdimatı keçirilib. Nazir Kvemo-Kartli bölgəsinin bu bitki üçün məhsuldar olduğunu bildirərək hibridləşmiş qarğıdalı sortun bu torpaqda daha çox məhsul verəcəyini deyib. Sonra o, ictimaiyyət nümayəndələrinin və mütəxəssislərin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR