Bank Of Baku

Noyabrın sonunda Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcək

Noyabrın sonunda Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcək
# 28 oktyabr 2010 13:23 (UTC +04:00)
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçiriləcək. Dünya Azərbaycanlı Gənclərinin I Konqresi təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirakı planlaşdırılır. Bununla yanaşı konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının – RAGT-nin (AMOR) böyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub. Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.

Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, insan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində və s. mövzularda panellər təşkil olunacaq. Konqresin yekununda Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulub. Tədbir çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR