Bank Of Baku

Almatıda “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın birinci qurultayı keçirilir

Almatıda “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın birinci qurultayı keçirilir
# 29 oktyabr 2010 09:05 (UTC +04:00)
Bakı-APA. Bu gün Almatı şəhərində “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası”nın birinci qurultayı keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qurultaya Qazaxıstanın dövlət, hökumət strukturlarının nümayəndələri, millət vəkilləri ilə yanaşı QXA-na üzv olan müxtəlif xalqların etno-mədəni təşkilatlarının təmsilçiləri, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistan və digər xalqların Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunublar. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri F. Nəcəfov da iştirak edir. Qurultayda Assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcək. Qeyd edək ki, “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” Prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının (QXA) üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR