Bank Of Baku

Gürcüstan ombudsmanı Marneulidə olub - FOTO

Gürcüstan ombudsmanı Marneulidə olub - <font color=red>FOTO</font>
# 29 oktyabr 2010 14:50 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan ombudsmanı Georgi Tuquşi Marneuli şəhərinə gedərək azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, G. Tuquşi azərbaycanlılarla görüşü çoxdan planlaşdırdığını və onların problemləri ilə tanış olmaq istədiyini deyib. O, Gürcüstan Ombudsman Aparatının Marneuli ofisinin nümayəndəsi Emin Ocaqverdiyevi azərbaycanlılara təqdim edib: “Marneuli ofisi bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bizim təşkilatımız hər il parlamentə hesabat təqdim edir. Bu hesabatda azərbaycanlıların problemləri və insan hüquqlarına aid məsələlərin əks olunması çox vacibdir”. Sonra sakinlər qarşısında Emin Ocaqverdiyev çıxış edib.

Görüşdə iştirak edən müəllimlər təhsil sahəsindəki problemlər barədə G. Tuquşiyə ətraflı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR