Bank Of Baku

Azərbaycanlı Oleq Babayev Ukraynanın Kremençuk şəhərinin meri seçilib

Azərbaycanlı Oleq Babayev Ukraynanın Kremençuk şəhərinin meri seçilib
# 02 noyabr 2010 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Poltava vilayətinin Kremençuk şəhər meriyasına seçkilərin nəticələrinə görə, soydaşımız Oleq Babayev birinci yerdədir. O, səsvermədə iştirak edən seçicilərin təxminən 50 faizinin səsini toplayıb. Seçkilərdə iştirak etmiş və 25,6 faiz səs toplamış hazırkı mer Nikolay Qluxov artıq qələbə münasibətilə soydaşımızı təbrik edib.
Qeyd edək ki, Oleq Babayev Ali Radanın deputatıdır. İş adamı olan soydaşımızın Poltava vilayətində bir neçə istehsalat müəssisəsi var. O, vilayətin «Vorskla» futbol klubunun prezidentidir.
Ukraynanın ayrı-ayrı regionlarında namizədliyini irəli sürmüş soydaşlarımız yerli orqanlara deputat seçiliblər.

İlkin nəticələrə görə Fəxrəddin Muxtarov Dnepropetrovsk Vilayət Şurasına, qardaşları Qoşqar və Vahid Muxtarovlar həmin vilayətin Tsarisan Rayon Şurasına deputat seçiliblər. Deputatlığa namizədlərdən Dünyamil Saatov isə səs çoxluğu ilə Zaporojye Şəhər Şurasının deputatı seçilib. Qeyd edək ki, ixtisasca həkim olan olan Dünyamil Saatov, artıq ikinci dəfədir ki, deputat seçilir.

Seçkilərin yekun nəticələri noyabrın 10-na kimi elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR