Bank Of Baku

Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib

Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib
# 02 noyabr 2010 16:22 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantıda çıxış edən “Birlik cəmiyyəti”nin rəhbəri görülən işlər haqqında iştirakçılara məlumat verib, mövcud vəziyyət təhlil edilərək, növbəti il üçün nəzərdə tutulan tədbirlər, görüləcək işlər və vahid strateji iş planının müzakirəsi aparılıb.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov toplantıda çıxış edərək, diaspor təşkilatının fəaliyyəti ilə bağlı tövsiyələrini edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa üzrə şöbəsinin müdiri Sülhəddin Hümbətov təmsil etdiyi qurumun xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı nəzərdə tutduğu perspektiv planlar haqqında məlumat verib.

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa üzrə şöbəsinin əməkdaşı Fuad Kərimov, Qdanskda fəaliyyət göstərən “Azərbaycan – Polşa mədəniyyət cəmiyyəti”nin rəhbəri K. Hacıyev, “Azərbaycan-Polşa cəmiyyəti”nin rəhbəri R. Rzayev, Səfirliyin I katibi Ü. Baxşəliyev iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR