Bank Of Baku

San-Diyeqoda Azərbaycan Günü elan olunub - FOTO

San-Diyeqoda Azərbaycan Günü elan olunub - <font color=red>FOTO</font>
# 08 noyabr 2010 09:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov San-Diyeqo şəhərində olublar. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, səfər şəhərin Svetser rayonunun sakinlərinin dəvəti ilə gerçəkləşib.

San-Diyeqo Dövlət Universitetinin müəllim heyəti ilə görüşdə E. Süleymanov Azərbaycan cəmiyyətindəki çoxəsrlik tolerantlıq ənənələrindən və ölkənin geostrateji baxımdan önəmli regionda aparıcı rolundan danışıb.

Azərbaycanlı diplomatlar səfər zamanı San-Diyeqonun ictimai televiziyasının rəhbərliyi ilə görüşüblər və “Kafe21”də keçirilən Azərbaycan mədəniyyəti gecəsində iştirak ediblər. Tədbirdə San-Diyeqo dairəsinin rəhbərlərindən biri Ron Roberts və Şəhər Şurasının üzvü Todd Qloriyanın məktubları oxunub. T. Qloriya müsəlman dünyasında ilk demokratik respublikanın Azərbaycanda yarandığına diqqət çəkərək San-Diyeqonun üçüncü rayonunda Azərbaycan Günü elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR