Bank Of Baku

Almaniyada Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi keçiriləcək

Almaniyada Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi keçiriləcək
# 13 noyabr 2010 12:40 (UTC +04:00)
Bakı-APA. Noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcək. Tədbir Azərbaycan prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçiriləcək. Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycanın Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki səfirlərinin, Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirakı planlaşdırılır. Bununla yanaşı konqresə Rusiyanın Azərbaycanlıları Gənclər Təşkilatının – RAGT-nin (AMOR) nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub.
Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, insan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində və s. mövzularda panellər təşkil olunacaq.
Konqresin yekununda Dünya Azərbaycanlıları Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulub. Tədbir çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR