Bank Of Baku

İsveç Azərbaycanlıları Konqresi UNESCO-nun baş katibinə etiraz məktubu göndərib

İsveç Azərbaycanlıları Konqresi UNESCO-nun baş katibinə etiraz məktubu göndərib
# 13 noyabr 2010 14:16 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etirazın səbəbi bu təşkilatın noyabrın 15-19-da Keniyada keçiriləcək 5-ci sessiyasında “Armenian cross-stones” (“Erməni xaçkarlar”) adlı məqalənin müzakirəsinin nəzərdə tutulmasıdır. Belə bir məqalənin sessiyada müzakirəyə çıxarılacağı barədə qurumun internet saytında məlumat verilib. İsveçdə yaşayan azərbaycanlıları ətrafında birləşdirən İAK sözügedən məqalənin saxta faktlar əsasında hazırlandığını İ.Bokovanın diqqətinə çatdırıblar. Məktubda deyilir ki, “Armenian cross-stones” (“Erməni xaçkarlar”) məqaləsinin müəllifləri Qafqaz Albaniyası dövründən qalan qədim Azərbaycan abidələrin yaranma tarixlərini saxtalaşdırırlar. Bu isə Ermənistanın Azərbaycan tarixi abidələrini özününküləşdirməsi kimi təqdim olunmalıdır və bu, eyni zamanda xalqımızın mədəni və tarixi irsinin bir hissəsindən məhrum edilməsi kimi qəbul edilməlidir. Məktub müəllifləri yazırlar ki, məqalədə “Ermənistan tarixində xaçkarların müxtəlif dövrlər keçməsi – inkişafdan durğunluğa doğru (işğal dövrlərində), unudulması (Sovet ateizmi dövründə) və hətta məhv edilməsi (hərbi münaqişə nəticəsində)” kimi iddiaların xüsusən məyusedici və təəssüfləndiricidir: “Biz hesab edirik ki, bu cür iddialarla dolu məqalənin müzakirəyə çıxarılması Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli ilə bağlı UNESCO-nun bəyan etdiyi mövqeyinə ziddir. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın müstəqil dövlətlər arasında göstərilməsi isə yolverilməzdir və bütün beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi və nəticədə Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması məlum faktdır. Ermənilər Qafqaz Albaniyası dövründən qalmış qədim Azərbaycan abidələrinin bir qismini məhv edib, bir qismini isə özününküləşdiriblər. Biz hesab edirik ki, bu cür saxta məqalələr regionda yaşayan xalqlar arasında dözümsüzlüyə gətirir və xalqlararası dialoq və əməkdaşlığa təhlükə yaradır”.

İsveç Azərbaycanlıları Konqresinin UNESCO-nun baş katibinə etiraz müraciəti bu fikirlərlə bitir: “Sizdən xahiş edirik ki, sessiyada “Armenian cross-stones” (“Erməni xaçkarlar”) məqaləsinin müzakirə olunmaması üçün səylərinizi əsirgəməyəsiniz. Eyni zamanda biz ümid edirik ki, bundan sonra Sizin rəhbərlik etdiyiniz təşkilatda Azərbaycana qarşı yönəlmiş hər hansı məsələnin qaldırılmasına və müzakirəsinə imkan verməyəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR