Bank Of Baku

DAK-ın qurultayının vaxtı dəyişdirilib

DAK-ın qurultayının vaxtı dəyişdirilib
# 13 noyabr 2010 14:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayının vaxtı dəyişdirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultay dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək. Qurultayda qurumun növbəti dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşəcək, təşkilatın ali orqanları və həmsədrləri seçiləcək.

Qurultayda 20-dən çox ölkədən nümayəndənin və qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, hazırda DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniadır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR