Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri: “Yeni avtomobil yolunun açılışı Kvemo-Kartli və Samsxe Cavaxeti sakinlərinin həyatında yeni mərhələdir”

ABŞ-ın Gürcüstandakı səfiri: “Yeni avtomobil yolunun açılışı Kvemo-Kartli və Samsxe Cavaxeti sakinlərinin həyatında yeni mərhələdir”
# 16 noyabr 2010 07:25 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. ABŞ-ın Gürcüstandakı səfiri Kvemo-Kartli-Samsxet Cavaxeti avtomobil magistral yolunun açılışına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, avtomobil yolunun açılışında iştirak edən səfir Con Bas bildirib ki, reabilitasiyadan sonra açılan avtomagistralın fəaliyyətə başlaması Kvemo-Kartli və Samsxe Cavaxeti bölgələrinin sakinləri üçün yeni mərhələdir: “Bu gün Gürcüstan üçün diqqətəlayiq bir gündür. Sakinlərin gedib-gəldiyi uzun yol yarıyadək qısalıb. Bu, digər regionlarla inteqrasiyaya əhəmiyyətli şərait yaradır. Bundan başqa, bu yoldan istifadə etməklə Türkiyə ilə əlaqələrdə də yeni imkanlar yaranır. Bu layihə Gürcüstan və Amerika arasında əməkdaşlığın ən yaxşı nümunəsidir”.

Qeyd edək k ABŞ-ın “Minilliyin çağırışı” Fondunun maliyyələşdirdiyi layihənin açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili, onun xanımı Sandra Rudolfs və Gürcüstan hökumətinin nümayəndələri iştirak edib. Layihənin həyata keçirilməsinə 2008-ci ildən başlanıb. Layihə üçün 209 milyon dollar vəsait ayrılıb. Yolların reabilitasiya olunması üçün keçirilən tenderdə Azərbaycanın “Azərinşaatservis” və “Akkord” şirkətləri qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR