Bank Of Baku

Almaniyada Türk-Azərbaycan dostluq gecəsi keçirilib

Almaniyada Türk-Azərbaycan dostluq gecəsi keçirilib
# 18 noyabr 2010 12:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Berlin şəhərinin “Gloria” konsert zalında “Almaniya-Azərbaycan Evi”nin təşəbbüsü və təşkilati dəstəyi ilə Türk-Azərbaycan dostluq gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Berlindəki Azərbaycan, türk və yəhudi icmalarının nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları və 400-dən çox qonaq iştirak edib. Tədbirdə Azərbaycan və türk şairlərinin şerlərindən parçalar səslənib. Tədbirin sonunda qonaqlar, gecənin təşkilinə görə “Almaniya-Azərbaycan Evi”nin İdarə Heyətinin sədri Tofiq Qarayevə və bu cəmiyyətin üzvlərindən biri Gunel Qarayevaya öz minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR