Bank Of Baku

Gürcüstanda 3 azərbaycanlı məhbus əfv ediləcək

Gürcüstanda 3 azərbaycanlı məhbus əfv ediləcək
# 19 noyabr 2010 10:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentinin yanında fəaliyyət göstərən Əfv Komissiyası “Giorqoba” bayramı münasibətilə 60 nəfərin əfv olunması barədə siyahı tərtib edib. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini və Əfv Komissiyasının sədri Yelena Tevdoradze məlumat verib. O bildirib ki, siyahıda 3 nəfər azərbaycanlının adı da var: “Biz komissiyaya daxil olan 263 ərizəni müzakirə etmişik. Onlardan 60 nəfərinin bağışlanması haqqında komissiya üzvlərinin razılığı ilə Gürcüstan prezidenti Mixail Saakaşviliyə siyahı təqdim olunub. Bu siyahıda 2 nəfər yeniyetmə, 7 nəfər qadının adı da var. Komissiyaya azərbaycanlıların imzası ilə əfv barədə ərizələr daxil olmuşdu. Lakin biz onlardan yalnız üçünün adını siyahıya daxil etdik. Digər ərizə sahibləri olan azərbaycanlı məhbusların törətdiyi cinayətlər çox ağır idi. Belə ərizə yazan məhbuslar adam öldürmə, zorlama və narkotik satma maddələri ilə günahkar bilinərək həbs olunublar. Ona görə də Əfv Komissiyasının üzvləri belə adamların ərizələrini müzakirə obyekti saymayıblar. Təqdim edilən siyahı prezident tərəfindən imzalandıqdan sonra məhbuslar noyabrın 23-də “Giorqoba” bayramı münasibətilə azad olunacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR