Bank Of Baku

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru: “Dünya Azərbaycanlıları Gənclərinin Konqresinin keçirilməsi böyük addımlara aparan bir yoldur”

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru: “Dünya Azərbaycanlıları Gənclərinin Konqresinin keçirilməsi böyük addımlara aparan bir yoldur”
# 19 noyabr 2010 12:07 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) icraçı direktoru Emin Hacıyev Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Gənclərinin I Konqresinin keçirilməsinə münasibət bildirərkən deyib. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasını xatırladan E. Hacıyev deyib ki, vətən sevgisi ilə dolu və çalışmaq əzmində olan gənclər belə bir qurum yaratmaq təklifi ilə 2006-cı ilin sonunda Leyla Əliyevaya müraciət etmişdilər: “Azərbaycanlı gənclərin təhsil aldıqları təhsil ocaqlarında Azərbaycan klubları yaradılmağa başlandı, hazırda onların yalnız Moskva üzrə sayı 25-dir. Bu gənclər Azərbaycan dövlətçiliyinə, xalqına öz töhfələrini vermək istəyirlər”.

Xaricdə yaşayan azərbaycanlı gənclərin vəzifələrindən danışan E. Hacıyev bildirib ki, prezident İlham Əliyev xaricdə təhsil alan tələbələrlə görüşəndə ilk tapşırığı o olur ki, gənclər yüksək təhsil alsınlar: “Bunun üçün dövlət proqramı da var, prezident təqaüdü də”.

E. Hacıyev hesab edir ki, azərbaycanlı gənclər yüksək təhsil alaraq peşəkar mütəxəssis olmaqla yanaşı, Azərbaycanın xaricdə populyarlaşması və təbliğinə də səy göstərməlidir.

Qeyd edək ki, noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi keçiriləcək. Konqres Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunacaq. Azərbaycan prezidentinin təsdiqlədiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq keçiriləcək konqresin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması, tarixi vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR