Bank Of Baku

Azərbaycanlı Cuma Məmmədov Frankfurt Xaricilər Şurasına seçkilərdə qalib gəlib - FOTO

Azərbaycanlı Cuma Məmmədov Frankfurt Xaricilər Şurasına seçkilərdə qalib gəlib - <font color=red>FOTO</font>
# 23 noyabr 2010 10:17 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu qurum magistratda və şəhər strukturlarında Frankfurtda yaşayan 168 mindən artıq xarici vətəndaşı təmsil edir. 37 deputatdan ibarət Xaricilər Şurası 5 il müddətinə seçilir. Bu günə kimi Frankfurt Xaricilər Şurasında postsovet məkanından heç bir nümayəndə təmsil olunmayıb. 2010-cu ildə keçirilən seçkilərdə Frankfurtda yaşayan soydaşımız Cuma Məmmədov sabiq SSRİ-dən olan vətəndaşların namizədlər qrupu tərkibində Xaricilər Şurasına namizədliyini irəli sürüb. 14 namizəddən ibarət qrup seçkilərdə bir mandat qazanıb və səsvermənin nəticələrinə görə soydaşımız Cuma Məmmədov deputat seçilib. Soydaşımız ümumi səsvermənin nəticələrinə görə, həm bu qrupda olan, həm də digər qruplarda təmsil olunan sabiq SSRİ vətəndaşlarının hamısından çox səs toplayıb. Azərbaycanın Almaniyadakı səfirliyi və ARDNŞ-in nümayəndəliyi həmyerlimizə seçkilərdə dəstək veriblər. Bundan başqa seçkilərin nəticələrinə Cuma Məmmədovun Almaniyanın ən nüfuzlu qəzeti olan “Frankfurter Allgemeine Zeitung”a verdiyi müsahibə də böyük təsir göstərib. Qəzet 473 namizəd arasından müsahibə götürmək üçün 5 nəfər seçib, onlardan biri də soydaşımız olub. Xatırladaq ki, Cumna Məmmədov əslən postsovet məkanından olan və Xaricilər Şurasına seçilən ilk şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR