Bank Of Baku

Norveçdə Azərbaycan aşıq musiqisi səsləndirilib - FOTO

Norveçdə Azərbaycan aşıq musiqisi səsləndirilib - <font color=red>FOTO</font>
# 23 noyabr 2010 13:02 (UTC +04:00)
Bakı-APA. Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) Azərbaycan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsasən norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında keçirilib. Tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda norveçli və əcnəbi tələbələr iştirak ediblər. Aşıq musiqisi norveçlilərin də xüsusi diqqətinə səbəb olub. Aşıq sənətinin təbliğini nəzərdə tutan “Lunsj med Kultur” layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlərin də nümayiş olunduğunu deyən NAYO-nun sədri Ramil Əliyev bildirib ki, şifahi xalq sənətinin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur.
Bu günlərdə Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini deyən
R. Əliyev qeyd edib ki, gələcək layihələrdən birini də bu sənət növünə həsr edəcəklər.
Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqlı edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR