Bank Of Baku

Nyu-Yorkda Türk Filmləri Festivalı keçiriləcək

Nyu-Yorkda Türk Filmləri Festivalı keçiriləcək
# 27 noyabr 2010 08:52 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. ABŞ-dakı Azərbaycan və Türk diasporları dekabrın 3-5 və 10-12-də keçiriləcək Nyu-York Türk Filmləri Festivalında fəal iştirak edəcək. ABŞ-dakı Azərbaycan diasporundan APA-nın Vaşinqton müxbirinə festivalın Nyu-Yorkun Təsviri Sənət Teatrında baş tutacağı bildirilib.
Festivalın təşkilatçılarının məlumatına görə, 12-ci dəfə keçiriləcək Nyu-York Türk Filmləri Festivalı təxminən 8000-dən çox tamaşaçı cəlb edir, burada müasir Türkiyə kinematoqrafiyasının və əvvəlki klassikanın ən yaxşı nümunələri, sənədli və qısametrajlı filmlər nümayiş olunur. Builki proqrama 12 bədii və 9 qısametrajlı film daxil edilib.
Qeyd edək ki, Nyu-York Türk Filmləri Festivalı Türkiyə Mədəniyyət Fondu və Nyu-York İncəsənət Şurasının ictimai fondları tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR