Bank Of Baku

Əli Həsənov: “Gənclər siyasəti Azərbaycan dövlətinin siyasətinin aparıcı istiqamətlərindən biridir”

Əli Həsənov: “Gənclər siyasəti Azərbaycan dövlətinin siyasətinin aparıcı istiqamətlərindən biridir”
# 27 noyabr 2010 11:37 (UTC +04:00)
Bunu APA-nın Frankfurta ezam olunmuş müxbirinə açıqlamasında Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresində iştirak edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, 1994-cü ildən Azərbaycanda bu siyasət Heydər Əliyevin prinsipləri əsasında formalaşdırılıb, bu gün də davam etdirilir: “Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri dəyərlərə və milli dəyərlərə sahib gənclərin formalaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycan gəncliyi təkcə dövlətin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindən biridir. Bu gün Azərbaycan cəmiyyətinə təsir etmək istəyən daxili və xarici qüvvələr - istər dost olsun, istər antiazərbaycan - Azərbaycan gəncliyinə əl uzadıb, bu gənclikdən yararlanmağa, gəncliyi öz məqsədlərinə müvafiq idarə etməyə çalışır.

Bunları nəzərə alan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ayıq, yetkin dövlət təfəkkürlü, milli dəyərlərə malik sağlam, mənəviyyatlı gənclərin yetişdirilməsidir. Bu mənada dünyanın müxtəlif ölkələrində yaşayan 200-dən çox nümayəndənin qatıldığı bu tədbir çox aktual və əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR