Frankfurtda Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilir
AMOR-un sədri Leyla Əliyevanın təbrik məktubunu qurumun icraçı direktoru Emin Hacıyev oxuyub, konqresdə Dünya Azərbaycan Gənclərinin Birliyinin yaradılması ideyasını alqışlayıb.
Türkiyənin baş konsulu İlhan Sayqılı Türkiyə-Azərbaycan dostluğu barədə danışıb, çıxışını «Türkiyə ilə Azərbaycan bir ürək, bir candır» sözləri ilə bitirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov gənclərə bütün məsələlərdə yardımçı olmaq barədə Azərbaycan rəhbərliyindən tapşırıq aldıqlarını və bu istiqamətdə hər bir yardımı etməyə hazır olduqlarını deyib.
Konqres iştirakçıları qarşısında təbrik sözü ilə TürkPA-nın baş katibi Ramil Həsənov, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, idman və gənclər naziri Azad Rəhimov çıxış ediblər. A.Rəhimov bildirib ki, son 5 ildə 350-dən artıq layihənin dəstəyi üçün dövlət büdcəsindən 4 mln. manata yaxın vəsait ayrılıb. Nazirin sözlərinə görə, Azərbaycan gəncləri 30-a yaxın beynəlxalq təşkilatda təmsil olunur.
Ə.Həsənov isə Azərbaycan prezidenti İlham Əliyev və Prezident Administrasiyası adından toplantı iştirakçılarını salamlayıb və bildirib ki, dünyada hər zaman gənclərlə bağlı məqsədyönlü siyasət həyata keçirilib. Ə.Həsənovun fikrincə, öz gələcək estafetinin verilməsi üçün kadrlar hazırlamayan dövlətin gələcəyi yoxdur: «Bugünkü tədbir çox aktual bir məsələ üzərində, dünya siyasətinin əsası olan gənclər siyasəti üzərində qurulub. Gənclik müxtəlif siyasi istiqamətləri öz üzərində cəmləşdirən bir qanaddır. Gənclər siyasəti bütün dövlətlərin onurğa sümüyünü təşkil edir. Sizin gücünüz, intellektiniz – dövlətin gücü və intellektidir. Azərbaycançılığın dəyərini ən gözəl xaricdə yaşayan azərbaycanlı gənclər təbliğ edə bilər».
Dağlıq Qarabağ problemindən danışan Ə.Həsənov vurğulayıb ki, Azərbaycan son 100 ildə 3 dəfə ermənilərlə bağlı problem yaşayıb. «Dünya azərbaycanlıları heç vaxt unutmamalıdır ki, əsas vəzifə özümüzə dost tapmaqdır. Nə qədər güclü olsaz, dəyərli bir faktora çevirilsəz, bir o qədər də vətənə xeyir vermiş olarsız. Tək başına dünyada heç nəyə nail olmaq mümkün deyil», - deyən Ə.Həsənov Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib: «Azərbaycan gəncliyini sağlam, milli, bəşəri dəyərlərə yiyələn kimi formalaşdırmaq Azərbaycan siyasətinin prioritetlərindən biridir».
Qeyd edək ki, konqres «Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu», «Mədəniyyətlərarası dialoqun inkişafında gənclərin rolu», «Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası» və «İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində» adlı panellərdə davam edir.
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, xilasetmə əməliyyatı aparılır- YENİLƏNİB-1
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib