Bank Of Baku

Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması planlaşdırılır

Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması planlaşdırılır
# 27 noyabr 2010 17:04 (UTC +04:00)
«Konqresin keçirilməsi aparılan siyasətin yüksək səviyyəyə çatdırılmasının təzahürüdür, uzun illər aparılan işlərin uğurlu nəticəsi kimi səsləndirmək olar. Bu gün Azərbaycan gəncləri dünyada çox fəaldır, Azərbaycanın uğurları, həqiqətlərini dünyaya çatdırmaqda çox israrlıdır. Əlbəttə, enerjili gəncliyin təşkilatlanmağa da ehtiyacı var, zaman-zaman belə toplantıların keçirilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, Azərbaycan prezidentinin sərəncamı ilə bir neçə il əvvəl bu konqresin keçirilməsi nəzərdə tutulmuşdu və bu gün İdman və Gənclər Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi ilə birlikdə bu konqresin keçirilməsinə nail olduq», - deyə N.İbrahimov vurğulayıb.

İki gün davam edəcək konqresdə Azərbaycan gəncliyinin gələcək fəaliyyəti üçün sənədin qəbulu planlaşdırılır, həmçinin Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması ideyası irəli sürüləcək. «Belə bir ideya var, yəqin ki, bunu dəstəkləyən, müdafiə edən fikirlər səslənəcək və sonda bir Koordinasiya Şurasının yaradılmasına nail olacağıq», - deyə Komitə sədri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR