Bank Of Baku

Səfir Pərviz Şahbazov: “Hazırda Almaniyada daimi yaşayan 5 minə yaxın Azərbaycan vətəndaşı var”

Səfir Pərviz Şahbazov: “Hazırda Almaniyada daimi yaşayan 5 minə yaxın Azərbaycan vətəndaşı var”
# 28 noyabr 2010 14:08 (UTC +04:00)
Bunu APA-nın Frankfurta ezam olunmuş əməkdaşına Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov deyib. Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresinin məhz Almaniyada keçirilməsinə münasibət bildirən səfir deyib ki, dünyada, o cümlədən Avropada təhsil alan Azərbaycan gənclərinin bir çoxu digər sahələrdə də fəallıq göstərirlər: “Bütün gəncləri bir araya toplamaq, bu gün aparılan müzakirələri yaşamaq, Azərbaycanın ən ümdə məsələlərini müzakirə etmək, sonrakı fəaliyyəti əlaqələndirmək və gələcəkdə vahid şəkildə fəaliyyət göstərmək baxımından bu konqres çox mühüm əhəmiyyət kəsb edir. Tədbirin Almaniyada, Frankfurta keçirilməsi ona görə vacibdir ki, Frankfurt mərkəzi şəhərdir, buraya dünyanın hər bir yerindən gəlmək çox asandır. Bundan əlavə, Almaniya Avropanın ən böyük və aparıcı ölkələrindən biridir, gənclərimiz burada xüsusən son illər ərzində böyük fəallıq göstərir. Biz - Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik missiyaları da öz növbəmizdə Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan gənclərinin fəaliyyətinə yardım etməli, onlara qayğı göstərməliyik”.

Almaniyada azərbaycanlıların sayı ilə bağlı sualı cavablandıran P. Şahbazov deyib ki, ümumiyyətlə, Almaniyadakı Azərbaycan diasporu böyükdür: “Dəqiq sayını demək çətindir, ona görə ki, həm Azərbaycan, həm Türkiyə, həm İrandan olan etnik azərbaycanlıların sayı çoxdur. Hazırda Azərbaycan vətəndaşı olan, amma Almaniyada daimi yaşayan azərbaycanlıların sayı təxminən 5 min nəfərdir. Onların arasında xeyli tələbə də var. Onların bir qismi həm də buradakı diasporda təmsil olunurlar. Dövlət proqramı vasitəsi, habelə öz təşəbbüsləri ilə burada təhsil alanlar da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR