Dünya Azərbaycanlı Gənclərinin I Konqresi başa çatıb, Konqresin qətnaməsi qəbul olunub
Belçikada yaşayın azərbaycanlıların sayı barədə məlumat verən səfir bildirib ki, konsulluqda qeydiyyatda olanların sayı 150 nəfərdir, qeyri rəsmi statistikaya görə isə bu ölkədə 700-800 azərbaycanlı ailəsi yaşayır. Səfir son illər Belçikada yaşayan türk mənşəli insanların cəmiyyətdə mövqelərinin möhkəmləndiyini bildirib, deyib ki, hazırda Belçika parlamentində 2 türk mənşəli deputat, hökumətində 1 türk mənşəli nazir var.
Paneldə çıxış edənlər gənclərə tövsiyə ediblər ki, yaşadıqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, musiqisi və mətbəxini təbliğ etsinlər, ilk növbədə, azərbaycanlıların bir etnos kimi sevilməsinə çalışsınlar.
İnteqrasiyaya mane olan aspektlərdən biri kimi gənclərin Azərbaycan cəmiyyəti ilə bağlılığı qeyd olunub. Bəzən onlar yalnız Azərbaycanla bağlı olur, yaşadıqları cəmiyyətə çox qoşulmurlar. Digər aspekt isə odur ki, onlardan bəziləri burada müvəqqəti olduqlarını düşündükləri üçün özlərini qonaq kimi hiss edirlər.
Təhsil alandan sonra qalıb işləmək istəyənlərin isə digər problemlərinin olduğu qeyd edilib. Problemlərdən biri də təhsillərini bitirəndən sonra onların iş tapa bilməmələridir. İş tapmayanlar ikinci və üçündü təhsil almaq yoluna əl atırlar.
Təhsil almaq üçün dövlət proqramı əsasında xaricə ildə yüzlərlə tələbənin getdiyini söyləyən konqres iştirakçıları bildiriblər ki, hazırlıqsız gələnlər burada mədəni şokla rastlaşır. Təklif olunub ki, dili zəif bilənlər üçün Təhsil Nazirliyi tərəfindən intensiv təlim kursları təşkil olunmalıdır. Həmçinin təklif edilib ki, hər ölkəyə inteqrasiyaya virtual dəstək göstərən sayt yaradılsın.
Lobbi quruculuğu prosesində gənclərin iştirakı barədə danışan iştirakçılar bildiriblər ki, ABŞ-dan fərqli olaraq, Avropada lobbi çox da müsbət qəbul olunmur, burada qanunverici orqanlarla iş aparmaq vacibdir. Hətta o da bildirilib ki, lobbi işində kütləvi şəkildə fəaliyyət göstərmək bəzən əks təsir göstərir, daşa professional iş aparılmalıdır.
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri təmsil etdiyi cəmiyyətin fəaliyyəti barədə danışıb. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ağrılı problemi olduğunu deyən T. Azəri üzünü gənclərə tutaraq «Sizin Vətəninizə borcunuz var, dava yalnız Azərbaycan dövlətinin davası deyil, bu, hamımızın borcudur», deyib. Xaricdə, o cümlədən ABŞ-da yaşayan azərbaycanlı uşaqların milli ruhda böyüməsinin vacibliyi barədə danışan T. Azəri bildirib ki, 150 amerikalı ailə Azərbaycandan övladlığa uşaq götürüb: «Biz həmin uşaqlara baş çəkirik, onlara Azərbaycanı sevdiririk. Valideynləri onlara Azərbaycanda doğulduqlarını bildirirlər, hətta bəziləri söyləyir ki, onun böyütdüyü uşaq gələcəkdə ABŞ-ın Azərbaycandakı səfiri olacaq».
Konqres iştirakçıları müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflər arasında diaspor ensiklopediyasının, diaspor və lobbi təlim mərkəzinin yaradılması, Dağlıq Qarabağ münaqişəsini əks etdirən, dünya ekranlarına çıxa biləcək bədii filmin çəkilməsi və s. səsləndirilib.
Bununla da, konqres işini başa çatdırıb. Konqresin sonunda toplantı iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə deyilir: «Konqres nümayəndələri ölkənin inkişafı və tərəqqisi, eləcə də milli diaspor quruculuğu və gənclərlə iş sahəsində Azərbaycan dövlətinin gördüyü işlərin əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı, biz hesab edirik ki, azərbaycanlı gənclər bu siyasətə daha fəal dəstək verməli, ümummilli mənafelərdən irəli gələn məsələlərin həllində daha yüksək templə iştirak etməlidirlər. Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan prezidentinə daim dəstək vermək əzmindədir”.
Konqres iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə,
dövlət və hökumət başçılarına da müraciət qəbul ediblər. Sənəddə deyilir: «Biz - Dünya Azərbaycanlı Gənclərin 1-ci Konqresinin iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sülhün və dostluğun tərəfində olan bütün ölkələrin rəhbərləri və parlamentlərinə müraciət edərək, Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini səfərbər etməyə çağırırıq. Biz əminik ki, yalnız dünya birliyinin ədalətli, qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin açarıdır”.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsi də qəbul olunub. Həmin sənəddə azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin (İttifaqı) təsis edilməsi ideyası dəstəklənib. Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.
Xəbər Lenti
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB