Bank Of Baku

Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresi çərçivəsində “Virtual həftəsonu məktəbi”nin təqdimatı keçirilib

Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresi çərçivəsində “Virtual həftəsonu məktəbi”nin təqdimatı keçirilib
# 30 noyabr 2010 10:48 (UTC +04:00)
Frankfurt. Laçın Sultanova – APA. Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresi çərçivəsində “Virtual həftəsonu məktəbi”nin təqdimatı keçirilib. APA-nın Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, layihəni təqdim edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliev deyib ki, Azərbaycan diasporasının bir-biri ilə yaxınlaşması üçün onların informasiya mühiti çərçivəsində birləşməsi zəruridir.

Dünya azərbaycanlılarının ümumi informasiya mühiti rolunu oynayan virtual məktəbin yaradıcıları isə saytın vizual və texniki imkanları barədə danışıblar. Qeyd olunub ki, saytda mövzulara uyğun olaraq video və audio materiallar yerləşdirilib. Sayt Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və Azərbaycan ədəbiyyatı bölmələrindən ibarətdir.

İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyovanın sözlərinə görə, layihənin üstünlüyü ondan ibarətdir ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək öyrənmək mümkündür. Dərsləri yetərli dərəcədə mənimsəyən hər istifadəçi öz biliklərinin əyani sübutu kimi seçdiyi fənn üzrə testdən keçə və sertifikat ala bilər. Bunun üçün qeydiyyat bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR