Bank Of Baku

DAK Azərbaycana “Bölünmüş xalq” statusunun verilməsi üçün BMT-yə müraciət edəcək

DAK Azərbaycana “Bölünmüş xalq” statusunun verilməsi üçün BMT-yə müraciət edəcək
# 30 noyabr 2010 11:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək XI qurultayında 25 ölkədən 200 nümayəndə və qonağın iştirakı gözlənilir. Bu barədə APA-ya DAK-ın mətbuat xidmətindən məlumat verilib.

Qurultaya Azərbaycan Milli Elmlər Akademiyasından, Milli Məclisdən, QHT-lərdən nümayəndələr dəvət olunub. Qurultayın gündəliyinə İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün problemi, orada insan haqlarının pozulması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, diasporların təşkilatlanması və cari məsələlər salınıb.

Eyni zamanda, DAK BMT-yə Azərbaycana “Bölünmüş Xalq” statusunun verilməsi üçün müraciət ediləcək. Xatırladaq ki, Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təsis olunub. DAK Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının hüquqlarının müdafiəsində duran beynəlxalq ictimai təşkilatdır. Təşkilat 2006-cı ildə iki yerə bölünüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR