Bank Of Baku

DAK-ın qurultayında müzakirə olunacaq məsələlər açıqlanıb

DAK-ın qurultayında müzakirə olunacaq məsələlər açıqlanıb
# 02 dekabr 2010 07:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirlə bağlı bəyanat yayıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək XI qurultayın gündəliyində duran əsas məsələlərdən biri Azərbaycanın güneyindəki durum olacaq və çıxışlarda, məruzələrdə, qəbul olunacaq sənədlərdə bu məsələ önəmli yer tutacaq.

Bundan əlavə, qurultayda erməni təcavüzünün mahiyyəti tarixi faktlar və sənədlərlə bir daha ifşa olunacaq. Eyni zamanda dünyada Azərbaycan diasporunun güclənməsi və DAK-ın bu istiqamətdəki fəaliyyəti əsas müzakirə mövzusu olacaq.

Qurultay sona çatdıqdan sonra dekabr 5-də 21 Azər Hərəkatının 65-ci ildönümü ilə bağlı Bonn şəhərində xüsusi tədbir keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR