Bank Of Baku

Gürcüstanın Sadaxlı kəndindəki xəstəxananın əsaslı təmirdən sonra açılışı olub – FOTO

Gürcüstanın Sadaxlı kəndindəki xəstəxananın əsaslı təmirdən sonra açılışı olub – <font color=red>FOTO </font>
# 03 dekabr 2010 15:06 (UTC +04:00)
Sadaxlı. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndindəki xəstəxananın bərpadan sonra açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 1926-cı ildən bu yana fəaliyyət göstərən xəstəxananın əsaslı təmiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən aparılıb.

Açılış mərasimində çıxış edən Sadaxlı 2 saylı kənd orta məktəbinin direktoru Adil Şərifov xəstəxanaya 1961-ci ildən Sadaxlı kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışmış Polux Məhəmməd oğlu Poluxovun adının verildiyini deyib. Sonra tədbirdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Marneuli rayon xəstəxanasının baş həkimi Mamuka Rexviaşvili və başqaları çıxış ediblər.

Tədbirin sonunda Polux Poluxovun oğlu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov söz alaraq tədbir iştirakçılarına, Azərbaycan və Gürcüstan hökumətlərinə, eyni zamanda Sadaxlı kənd xəstəxanasını əsaslı təmir edən ARDNŞ-in Gürcüstan nümayəndəliyinə ailəsi adından təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR