Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin qurultayı başlayıb - FOTO

Dünya Azərbaycanlıları Konqresinin qurultayı başlayıb - <font color=red>FOTO</font>
# 04 dekabr 2010 14:34 (UTC +04:00)
Bonn. Ramil Məmmədli – APA. Bu gün Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin XI qurultayı işə başlayıb. APA-nın Bonnda olan əməkdaşının məlumatına görə, qurultaya Azərbaycanda və dünyanın ayrı-ayrı ölkələrində yaşayan 135 nümayəndə qatılıb.

Toplantıda qurultayın Divanı və katibliyi seçilib.

Qeyd edək ki, qurultayın gedişində DAK-ın İdarə Heyəti və Nəzarət Təftiş Komitəsinin üzvləri seçiləcək. Daha sonra “Azərbaycanın güneyinin bugünkü və gələcəkdəki durumu” mövzusunda DAK daimi Şurasının sədri Əjdər Tağızadə, “Dağlıq Qarabağ probleminin çağdaş durumu” mövzusunda professor Vaqif Arzumanlı, “Güney Azərbaycanda milli azadlıq hərəkatının siyasi durumu” mövzusunda Firudin Pərvizniya məruzə ilə çıxış edəcək. Qurultayda həmçinin, Güney Azərbaycandakı vəziyyət və İrandakı türklərin təhsil və insan hüquqlarının pozulması ilə bağlı BMT-yə müraciət qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR