Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin qurultayında təşkilatın İdarə Heyəti seçilib

Dünya Azərbaycanlıları Konqresinin qurultayında təşkilatın İdarə Heyəti seçilib
# 05 dekabr 2010 15:20 (UTC +04:00)
APA-nın Bonna ezam olunmuş müxbiri xəbər verir ki, qurultayda DAK həmsədri Sabir Rüstəmxanlı ötən müddət ərzində DAK rəhbərliyinin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlərlə bağlı geniş məlumat verib. O, bütün görüşlərdə Güney Azərbaycan məsələsinin önə çıxarıldığını deyib. Həmçinin, DAK-ın Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklərinin rəsmi qeydiyyata alındığını qeyd edib.

DAK həmsədri qurultay adından Urmiya gölünün quruması ilə bağlı BMT-yə müraciət edilməsi barədə təkliflə çıxış edib.

S. Rüstəmxanlı Avropada türk dövlətlərindən olan diaspor təşkilatları ilə birgə fəaliyyətin zəruriliyini də vurğulayıb: “Bu iş təkcə dövlətin işi deyil, hər bir azərbaycanlı bu işdə geri qalmamalıdır”.

DAK həmsədri Firudin Pərvizniya isə DAK-ın beynəlxalq sferadakı fəaliyyətindən və Azərbaycan diaspor təşkilatlarının vəziyyəti barədə danışıb. F. Pərvizniya İranda türklərin hüquqlarının acınacaqlı halda olduğunu da söyləyib.

Sonra DAK İdarə Heyətinə seçki keçirilib. 17 nəfərlik İdarə Heyətinə 27 nəfərin namizədliyi irəli sürülüb. Gizli səsvermənin nəticələrinə əsasən, Sabir Rüstəmxanlı, Səftər Rəhimli, Adil Minbaşı, Vaqif Arzumanlı, Baba Tağıyev, Mirəşrəf Fətiyev, Oqtay Hüseynov, Tahir Hacıyev, Abuzər Bağırov, Firudin Pərvizniya, Möhlət Hüseynov, Hüseyn Vüsuqi, Nurəddin Qərəvi, Əjdər Tağızadə, Fərəməz Quluzadə, Məhmət Müştaq və Bəhruz Həqqi İdarə Heyətinə üzv seçiliblər. DAK həmsədrlərinin seçkisi isə İdarə Heyətinin sabahkı toplantısında olacaq.

Qeyd edək ki, qurultayın gedişində “İran adlanan ərazidə Azərbaycanın Güneyinin bugünkü və gələcəkdəki durumu” mövzusunda DAK daimi Şurasının sədri Əjdər Tağızadə, “Dağlıq Qarabağ probleminin çağdaş durumu” mövzusunda professor Vaqif Arzumanlı, “Güney Azərbaycanda milli azadlıq hərəkatının siyasi durumu” mövzusunda isə Firudin Pərvizniya məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR