Bank Of Baku

Azərbaycanın Fransadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib - FOTO

Azərbaycanın Fransadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib - <font color=red>   FOTO</font>
# 06 dekabr 2010 11:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Fransadakı səfirliyində dövlət və qeyri-dövlət xətti ilə təhsil alan tələbələrlə görüş keçirilib. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ilk olaraq Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, daha sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov görüşün məqsədi haqqında məlumat verib və bu görüşün zəruriliyi haqqında danışıb.
ASAIF sədri Orxan Əkbərov gənclərə təşkilat haqqında məlumat verib. Görüş qarşılıqlı dialoq və sual-cavab formatında davam edib. Azad Rəhimov, Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının sektor müdiri Həsən Məmmədzadə və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov gənclərin suallarını cavablandırıblar.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu gün Londonda “Royal Garden” hotelində Londonda təhsil alan gənclərlə görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR