Bank Of Baku

DAK-ın XI qurultayının yekunları ilə bağlı mediaya açıqlama verilib

DAK-ın XI qurultayının yekunları ilə bağlı mediaya açıqlama verilib
# 10 dekabr 2010 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI qurultayının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı deyib ki, toplantıda 20 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Qurultayda 17 nəfərdən ibarət İdarə Heyəti seçilib. İdarə Heyətinin növbəti gün keçirilən yığıncağında isə Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun həmsədrləri seçiliblər. Əjdər Tağızadə DAK-ın Daimi Şurasının sədri, Səttar Rəhimli Azərbaycan nümayəndəliyinin rəhbəri, Mirəşrəf Fətiyev Rusiya, Möhlət Hüseynov isə Ukrayna nümayəndəliklərinin rəhbərləri təyin ediliblər. Yeddi nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının sədri Samir Əsədli seçilib. Qurultay çərçivəsində “21 Azər” Hərəkatının 65-ci ildönümü münasibəti ilə tədbir də keçirilib.

Sabir Rüstəmxanlı bildirib edib ki, DAK-ın qurultayı dünyada yaşayan azərbaycanlılar üçün önəmli hadisədir. DAK İdarə Heyətinin üzvü Vaqif Arzumanlı qurumun dünyada yaşayan azərbaycanlıların ən böyük ictimai təşkilatı olduğunu söyləyib. İdarə Heyətinin üzvü Adil Minbaşı DAK daxilində təmizlənmə prosesinin getdiyini, DAK həmsədrinin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emin isə təşkilatda birliyə doğru addımların atıldığını vurğulayıb.

Sonra DAK İdarə Heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin rəhbəri Səttar Rəhimli güneydə baş verən proseslərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR