Bank Of Baku

Moskvada qafqazlılara qarşı aksiyalarla bağlı bu gün Rusiya İctimai Palatasının yığıncağı keçiriləcək

Moskvada qafqazlılara qarşı aksiyalarla bağlı bu gün Rusiya İctimai Palatasının yığıncağı keçiriləcək
# 14 dekabr 2010 10:03 (UTC +04:00)
Bu açıqlamanı APA-ya ÜAK-ın Moskva bölməsinin sədri İlqar Hacıyev verib.

O bildirib ki, bu gün Rusiya İctimai Palatasının yığıncağı olacaq: “Biz də orada iştirak edəcəyik, yaranmış qarşıdurmanın qarşısını almaq üçün atılacaq addımları müzakirə edəcəyik. Bu hadisələr azərbaycanlılara qarşı yox, ümumiyyətcə qafqazlılara qarşı yönəlib. Moskva hökumətinin bu hadisəyə çox ciddi yanaşır, onların qarşısını almaq üçün tədbirlər görür”.

Qeyri-ruslara qarşı hərəkətlərin hər zaman olduğunu söyləyən İlqar Hacıyev bu dəfə milliyyətçilərin yeni şüarlarla çıxış etdiyini, hökumət qarşısında böyük tələblər qoyduğunu söyləyib.

İ. Hacıyev bu müddət ərzində Azərbaycan vətəndaşlarına qarşı iki hadisənin baş verdiyini xatırladıb. Bu insidentlər Moskva metropolitenində bıçaqlanma və mağazada güllələnmə faktlarıdır. Soydaşımız zərərçəkənlərin vəziyyətinin normal olduğunu, bu gün onlara baş çəkəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR