Bank Of Baku

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinə 2 həmsədr seçilib

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinə 2 həmsədr seçilib
# 14 dekabr 2010 13:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin yığıncağı keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Qulamrza Səbri Təbrizi növbəti dəfə qurumun fəxri sədri seçilib. Sonra həmsədrlik institutu yaradılıb və bu posta seçki keçirilib. Açıq səsvermə nəticəsində Azərbaycan Tibb Universitetinin professoru, oftalmoloq Paşa Qəlbinur (Musayev) və Güney Azərbaycan Televiziya Kanalının (GünAz tv) rəhbəri Əhməd Obalı DAK-ın həmsədrləri seçilib.

Qeyd edək ki, dekabrın 12-də Londonda Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI qurultayı keçirilib. Qurultayda 19 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərdən ibarət NTK formalaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR