Bank Of Baku

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə heyətinin illik iclası keçirilib - FOTO

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə heyətinin illik iclası keçirilib - <font color=red>FOTO</font>
# 14 dekabr 2010 14:57 (UTC +04:00)
Bakı-APA. Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin illik iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi və iştirakı ilə keçirilən toplantıda bu ölkədəki Azərbaycan diasporunun təşkilatlanması məsələləri müzakirə olunub. İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin I katibi Fikrət Axundov, Almaniya Bundestaqın keçmiş üzvü Hakki Kəskin, AKKM idarə heyətinin üzvləri - AAK-in prezidenti Başar Kömür, AAK-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak ediblər. Toplantıda ilk çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Sonra AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova AAKM-nin 2 illik fəaliyyət haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul ediblər.

Sonra 2011-ci il üçün tədbirlər planı müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR